Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti

2024-cü il üçün Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması məqsədilə 

AÇIQ TENDER ELAN EDİR

Lot -1. 2024-cü il üçün Bakı şəhəri ərazi­sində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması. 

Tender iştirakçılarına təklif olunur ki,öz tender təkliflərini möhürlənib imzalanmış şə­kildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanları­na malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son­ra müsabiqə üçün təkliflərini təqdim edə bilər­lər (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05). 

İştirak haqqı 12000,00 manatdır. 

İştirak haqqı heç bir halda qeri qaytarılmır. 

İddiaçılar iştirak haqqını aşağıdakı hesa­ba köçürməlidirlər: Təşkilat-Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

- tenderdə iştirak etmək üçün ərizə; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərfləin açıldığı tarixdən sonra azı 120 bank günü müddətində qüvvədə olmalıdır); - tender təklifinin 1 faizi həcmində bank təminatı; 

- tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müd­dətindən 30 bank günü çox olmalıdır;

- müqavilənin yerinə yetirilməsinin təmi­natı müqavilənin yerinə yetirilmə müddətin­dən sonra 30 bank günü çox olmalıdır. Müqa­vilənin yerinə yetirilməsi təminatı 5 faizdir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetiril­məsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azər­baycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetiril­məməsi hallarının mövcud olmaması barədə sənəd;

- mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elektron qaydada əldə olunduqda notarial təsdiqlı təqdim edilməlidir);

- pul vəsaitlərinin hərəkəti haqqında he­sabat, mənfəət və zərər haqqında hesabat (2022-ci ili əhatə etməli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq olunmalıdır); 

- öz əmlakından sərbəst və məhdudiyyət­siz istifadə etmək imkanı, habelə ödəmə qabi­liyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs ol­maması barədə sənəd;

- iddiaçının son bir il ərzində maliyyə və­saiti haqqında bank tərəfindən verilmiş arayış; 

- iddiaçının tam adı, hüquqi statusu, ni­zamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 

- dövlət satınalmaları müsabiqəsində son 3 ildə iştirak etmiş oxşar işlərə aid azı 5000000 manat dəyərində bağlanmış müqa­vilələrin surəti (təsdiqli formada); 

- satınalma prosedurlarının başlanmasın­dan əvvəlki 5 il ərzində özlərinin,habelə işlə­rini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məh­kum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

- tədarük-təchizat zəncirinin idarə olun­ması üçün müvafiq kadr imkanları barədə mə­lumat (əsas şərtlər toplusuna əsasən – əlavə 2);

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat. 

- AZS İSO sertifikatları : 9001, 14001, 45001, 50001.

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlə­rin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə sənəd.

Sənədlər Azərbaycan dilində tərtib olun­malıdır (xarici dildəki tender sənədləri Azər­baycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə sa­tınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uy­ğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 yanvar 2024-cü il saat 10.00-a, tender təklif­lərini və tender təkliflərinin təminatlarını mö­hürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 16 yanvar 2024-cü il saat 17.00-a qədər təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 17 yanvar 2024-cü il saat 10.00-da Bakı, Nəcəfqulu Rəfiyev küçə­si 17 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurun­da iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan