Azərbaycan Turizm və Menecment Universiteti kafedra müdiri vəzifəsini tutmaq üçün müsabiqə elan edir

post-img

Nəqliyyat, informasiya, kommunikasiya texnologiyaları və
təbiət elmləri kafedrası üzrə – 1 yer

Elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlər saat 10:00-dan 17:00-dək Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər [email protected] mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir. 

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:

1. Rektorun adına ərizə.

2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə).

3. Tərcümeyi-hal.

4. Şəxsiyyət vəsiqəsinin surəti.

5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiqlənmiş surətləri.

6. Elmi və elmi-metodiki işlərin siyahısı.

7. Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Telefon- 564-42-33 (daxili - 115).

Ünvan- AZ1072. Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəl­lə, 103 nömrəli otaq. 

Qeyd - namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədik­də və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.

Rektorluq

Reklam və elan