Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

2024-cü il üçün Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması məqsədilə 

AÇIQ TENDER ELAN EDİR

Lot -1. 2024-cü il üçün Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması. Tender iştirakçılarına təklif olunur ki,öz tender təkliflərini möhürlənib im­zalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05). 

İştirak haqqı 12000,00 manatdır.

İştirak haqqı heç bir halda qeri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat-Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 

-tender təklifi (zərfləin açıldığı tarixdən sonra azı 120 bank günü müd­dətində qüvvədə olmalıdır); 

-tender təklifinin 1 faizi həcmində bank təminatı; 

-tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüv­vədə olma müddətindən 30 bank günü çox olmalıdır;

- müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yeti­rilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı 5 faizdir;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəa­liyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azər­baycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd;

- mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elekt­ron qaydada əldə olunduqda notarial təsdiqlı təqdim edilməlidir.) 

-pul vəsaitlərinin hərəkəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat (2022-ci ili əhatə etməli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq olunmalıdır); 

-öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, ha­belə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

-iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-dövlət satınalmaları müsabiqəsində son 3 ildə iştirak etmiş oxşar işlərə aid azı 5000000 manat dəyərində bağlanmış müqavilələrin surəti (təsdiqli formada). 

-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlə­rinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətlə­ri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasın­da qadağan edilməməsi barədə sənəd;

- tədarük-təchizat zəncirinin idarə olunması üçün müvafiq kadr imkan­ları barədə məlumat (əsas şərtlər toplusuna əsasən – əlavə 2);

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat. 

- AZS İSO sertifikatları : 9001, 14001, 45001, 50001.

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə sənəd;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender pro­seduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanu­nuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəri­cilərinə aid sənədləri 8 yanvar 2024-cü il saat 10.00-a, tender təkliflərini və tender təkliflərinin təminatlarını möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Bakı,Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 16 yanvar 2024-cü il saat 17.00-a qədər təqdim etməlidirlər.

İddiaçıların təklifləri 17 yanvar 2024-cü il saat ¬10.00-da Bakı,Nə­cəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır. İddiaçıların səlahiy­yətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan