“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi AÇIQ TENDER ELAN EDİR

post-img

“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti” Publik Hüquqi Şəxsi

“Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsındə 2, 3 , 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi ” işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azər­baycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsi 56 nömrəli ün­vanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsin­dən əldə edə bilərlər.

Əlaqələndirici şəxs – Satınalmalar şöbəsinin baş məs­ləhətçisi – Zaur İbrahimov.

E-mail: [email protected]

Tel: + 994512078998.

Tenderdə iştirak haqqı – 1500,00 ( bir min beş yüz ma­nat) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN – 5200287501

BANK – “KAPİTAL BANK” ASC-nin 28 may filialı

Kod – 200123

VÖEN – 9900003611 

M/h – AZ37NABZ01350100000000001944 

H/h – AZ31AIIB380300D9447648156112

S.W.İ.F.T. – AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

• Tenderdə iştirak etmək üçün ərizə.

• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

• Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 45 bank günü ərzində qüvvədə olmalıdır).

• Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

• Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün) və qeydiyyatdan keçdiyi rekvizitləri.

• Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

• Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təq­dim edilməlidir).

• İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiy­yətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təq­dim edilməlidir);

• Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə ara­yış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyul­maması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmama­sı barədə arayış. (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. (tender ela­nından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir).

• Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçi­rilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

• Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiqlənmiş surəti təq­dim edilməlidir).

• Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları.

• Baş podratçı kimi son 3 il (2019-cu il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək) ərzində ümumi məbləği 30 (otuz) milyon manatdən az olmayan, müraciət edənin hissəsi isə ən azı 15 (on beş) milyon olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq – layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texno­logiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 3 (üç) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlu­mat və istismara qəbul və icazə aktları təqdim edilməlidir.

• Son üç (2019-cu il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək) ərzində tikinti-quraşdırma işləri üzrə ən azı 30 (otuz) milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər. Qeyd – tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəs­sisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 dekabr 2023-cü il saat 16.00-a, tender təklifi və bank təmi­natını isə möhürlənmiş ikiqat zərfdə 25 dekabr 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Səbail rayonu, Maqoma­yev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xid­məti”nin satınalma şöbəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı­lacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Səbail ra­yonu, Maqomayev küçəsi 56 nömrəli ünvanda yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 26 dekabr 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərf­lərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan