Səhmdar cəmiyyətin  nizamnamə kapitalının azaldılması haqqında bildiriş

post-img

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21  nömrəli ünvanda yerləşən “European Tobacco-Baku” ASC-nin (“European Tobacco-Baku” ASC), 2023-cü il sentyabrın 2-də keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edilmişdir. 

Cəmiyyətin  nizamnamə  kapitalı  hər  bir səhmin nominal dəyərinin azaldılması  yolu  ilə,  44 635 220  (qırx  dörd  milyon altı yüz otuz beş min manat) manatdan azaldılaraq, 223 176  (iki yüz iyirmi üç min yüz yetmiş altı manat) manat olmuşdur. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  105.2. maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi yığıncağının qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı  məlumat verməlidir. Cəmiyyətin kreditorları  məlumatı  aldıqdan  sonra  otuz  təqvim  günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin  vaxtından  əvvəl  icrasını  və ya  onlara  xitam verilməsini,  eyni zamanda   çəkdikləri  zərərin  ödənilməsini  tələb edə bilərlər.

Kreditorların  yazılı  tələbləri  Bakı  şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 21 nömrəli  ünvanda qəbul olunur.

“European Tobacco-Baku” ASC-nin idarə heyəti

 

Reklam və elan