TƏKRAR
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
Respublika üzrə bir sıra təhsil müəssisələrinin kommunal-kommunikasiya işlərinin satın alınması üçün
AÇIQ TENDER ELAN EDİR
Açıq tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini imzalanıb möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
– iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi və təminat verilən istismar müddəti.
Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır:
Əlaqələndirici şəxs – Z.Quliyev.
Ünvan– Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi 18.
Tel: (+99412) 465 73 48 (134).
Maraqlananlar açıq tender prosedurunun əsas şərtlər toplusunu 1500,0 (bir min beş yüz manat) məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
Kod – 805603
VÖEN – 9900001881
M/h – AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZАZ 2Х
H/h – AZ88IBAZ38030019441856517211
VÖEN – 1500016711
İddiaçılar açıq tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:
- tеndеrdə iştirаk еtmək üçün yazılı mürаciət;
- tеndеrdə iştirаk hаqqının ödənilməsi bаrədə bаnk sənədi;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir.) Müvafiq orqandan tələb olunan sənədin cari ayı əhatə etməsi mütləqdir (01.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi oqranı, probasiya şöbəsi və ya müvafiq kommerisya məhkəməsi tərəfindən təqdim olunmuş arayış) (01.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən 01.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi və idarəetmə səriştəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin əlavə 1-nə uyğun);
- iddiaçı inşa etdiyi analoji tikililər barədə “Tikinti obyektinin istismarına icazə” sənədin surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin əlavə 1-nə uyğun);
- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;
- iddiaçının maddi -texniki bazası (sifarişin yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin əlavə 1-nə uyğun);
- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilində tərcümə edilməlidir).
- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 60 (altmış) bank günü);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda qeyd olunan sənədləri 6 oktyabr 2023-cü il saat 11.00-a, tender təklifi və tender təklifinin bank təminatını isə 16 oktyabr 2023-cü il saat 11.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
İddiaçıların təklifləri 17 oktyabr 2023-cü il saat 11.00-da Elm və Təhsil Nazirliyinin Təsrüffathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası