Erməni futbolçular azadlığa buraxıldı

post-img

Xəbər verildiyi kimi, Azərbaycanın Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmiş 3 erməniəsilli futbolçu avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. 

Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyinin nümunəsi olaraq barələrində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilib və İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ilə (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) başlanmış icraat üzrə onların hər üçü məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Məlumata görə, bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından azad olunublar və onların Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana keçmələri təmin edilib.

Azad olunan şəxslər onlara göstərilən humanizmə görə Azərbaycan dövlətinə təşəkkür edərək, həbsdə olduqları müddətdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının tam təmin olunduğunu, saxlanma şəraiti və göstərilən münasibətdən razı olduqlarını, hər hansı şikayətlərinin olmadıqlarını bildiriblər.

XQ

 

Son xəbərlər