“Azərişıq” ASC “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim- Tədris Kompleksinin tikintisi” işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

post-img

TƏKRAR

 

Tender 1 (bir) lot üzrə keçirilir. 

Lot-1.“Azərişıq”ASC-nin “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim -Tədris Kompleksinin tikintisi” işlərinin satın alınması.

İştirak haqqı 1500 manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-“Azərişıq” ASC

H\h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiar Bank- “Kapital Bank”ASC-nin Gənclik filialı

Kod- 200189

VÖEN- 9900003611

M\h- AZ37NABZ01350100000000001944 

SWIFT Code- AIIBAZ2X

Əlaqələndirici şəxs- Namik Heybətov.

Əlaqə telefonu (şəhər)- 012- 440 -39- 93 (daxili 92-19) .

Elektron poçt: [email protected]

Ünvan- AZ1009,Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surət­də təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olma­lıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğ­də iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təq­dim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə. (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət re­yestrindən çıxarış. (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin ol­maması haqqında müvafiq vergi orqanından arayış. (sənəd­lərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfin­dən təsdiq olunmuş arayışı. (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq sub­yektlərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bü­tün fəaliyyət dövründəki). 

10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladı­ğı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, eləcə də analoji işlərdə təc­rübəsi haqqında məlumat. 

11. İddiaçının satınalma müqaviləsinin icrasını təmin et­mək üçün qeyd edilən sahədə peşəkarlığının, iş təcrübəsi­nin, texniki və maliyyə imkanlarının, elektrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin və idarəetmə səriştə­sinin olması vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyalarının, xüsusilə 35kV-luq yarımstansi­yaların, rəqəmsal şəbəkələrin qurulması, elektrik verilişi xətt­lərinin tikintisi və yenidənqurulması üçün hər birinin ümumi məbləği 3 milyon manatdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış olmalı və təsdiqedici sənədləri təqdim etməlidir. 

12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.

13. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqın­da sənəd (əmr).

14. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

15. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təmi­natı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüv­vədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azər­baycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 sentyabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prose­durunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 sentyabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nöm­rəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 29 sentyabr 2023-cü il saat 15.00-da Bakı, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilər­lər.

“Azərişıq” ASC-nin tender komissiyası

Reklam və elan