“Azərişıq”ASC “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi” işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

post-img

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1.“Azərişıq”ASC-nin “Ağdam şəhəri ərazisində Rəqəmsal İdarəetmə Mərkəzi və Tə­lim -Tədris Kompleksinin tikintisi” işlərinin satın alınması.

İştirak haqqı 1500 manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-“Azərişıq” ASC

H\h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiar Bank- “Kapital Bank” ASC-nin Gənclik filialı

Kod- 200189

VÖEN- 9900003611

M\h- AZ37NABZ01350100000000001944 

SWIFT Code- AIIBAZ2X

Əlaqələndirici şəxs- Namik Heybətov.

Əlaqə telefonu (şəhər)- 012- 440 -39- 93 (daxili 92-19) .

Elektron poçt: [email protected]

Ünvan- AZ1009, Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkil­də ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi texniki və maliyyə imkanlarına ma­lik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba kö­çürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müra­ciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı ,hüquqi statusu, nizam­naməsi və qeydiyyatdan keçdiyi ölkə (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qay­dada təsdiq olunması zəruridir).

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qay­dada təsdiq olunması zəruridir).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vax­tı keçmiş öhdəliklərin olmaması haqqında mü­vafiq vergi orqanından arayış (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir).

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş ma­liyyə hesabatının surəti.

7. İddiaçının yüklülük haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş arayışı (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qay­dada təsdiq olunması zəruridir).

8. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəa­liyyət göstərirsə, bütün fəaliyyət dövründəki). 

10. İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumat­lar, eləcə də analoji işlərdə təcrübəsi haqqında məlumat. 

11. İddiaçının satınalma müqaviləsinin icra­sını təmin etmək üçün qeyd edilən sahədə peşə­karlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elektrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin və idarəetmə sə­riştəsinin olması vacibdir. Bununla yanaşı “POD­RATÇI” son üç ildə elektrik stansiyalarının, xüsusilə 35kV-luq yarımstansiyaların, rəqəmsal şəbəkələrin qurulması, elektrik verilişi xətlərinin tikintisi və yenidənqurulması üçün hər birinin ümumi məbləği 3 milyon manatdan az olma­maq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış olmalı və təsdiqedici sənədləri təqdim etməlidir. 

12. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə iş­lərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliy­yətləri ilə məşğul olmasının məhkəmə qaydasın­da qadağan edilməməsi barədə sənəd.

13. Rəhbər şəxs və ya şəxslərin təyin olun­ması haqqında sənəd (əmr).

14. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

15. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dil­dəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təmi­natı istisna olmaqla) 21 sentyabr 2023-cü il saat 15.00-a , ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 sentyabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 2 oktyabr 2023-cü il saat 15.00-da Bakı , Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati bi­nasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“Azərişıq” ASC-nin tender komissiyası

Reklam və elan