Almaniya 28 azərbaycanlıya da qaçqın statusu verib

post-img

Ukraynada gedən müharibə səbəbindən bu ölkədən Almaniyaya gələrək sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı artır. Bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) mətbuat xidmətindən bildirilib. 

Məlumatda qeyd olunur ki, 2023-cü ilin ilk 7 ayı ərzində federal idarəyə, ümumilikdə, 1016 Azərbaycan Res­publikası vətəndaşı sığınacaq ərizəsi ilə müraciət edib. 852 nəfər ilk dəfə, 164 nəfəri isə ikinci dəfə ərizə verən­lərdir. Onların əksəriyyəti Ukraynada yaşamaq hüququ olan Azərbaycan vətəndaşlarıdır.

Sığınacaq axtaranların yalnız 28 nəfərinə Cenevrə Konvensiyasına uy­ğun olaraq qaçqın statusu verilib. 387 nəfərin ərizəsi rədd edilib, Onların vətəndaşı olduqları ölkəyə könüllü qa­yıtmaları ilə bağlı qərar verilib.

Bildirilib ki, 2023-cü ilin yanvar–iyul aylarında Almaniyaya sığınacaq üçün, ümumilikdə, 188 min 967 nəfər müra­ciət edib (175 min 272 ilkin və 13 min 695 sonrakı müraciət). Ötən ilin eyni dövrü ilə müqayisədə (98 min 395 ilkin müraciət) bu, 78,1 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 13 min 808-i Almaniyada bir yaşa qədər doğul­muş uşaqlarla bağlı olub.

“Xalq qəzeti”

Son xəbərlər