“Azərişıq” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərişıq” ASC 

0,4kV-110kV elektrik ötürücü xətlərində elektrik axınının mühafizəsi, ölçülməsi və sabit saxlanılması üçün zəruri ölçü cihazlarının və avadanlıqların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1.“Azərişıq” ASC-nin 0,4kV-110kV elektrik ötürücü xətlərində elektrik axınının mühafizəsi, ölçülməsi və sabit sax­lanılması üçün zəruri ölçü cihazlarının və avadanlıqların satın alınması.

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat- “Azərişıq” ASC

H\h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiar Bank- “Kapital Bank” ASC-nin Gənclik filialı

Kod- 200189

VÖEN- 9900003611

M\h- AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqələndirici şəxs- Emil Əliyev. 

Əlaqə telefonu (şəhər)- 012 -440- 39 -93 (daxili 92-62) .

Elektron poçt: [email protected]

Ünvan- AZ1009, Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məb­ləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təq­dim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə. (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət re­yestrindən çıxarış. (sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin ol­maması haqqında müvafiq vergi orqanından arayış. (sənəd­lərin təsdiqi tender elanı tarixindən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.(sənədlərin təsdiqi tender elanı tarixindən sonra notarial qay­dada təsdiq olunması zəruridir.)

7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışı. (sənədlərin təsdiqi tender elanı tarixin­dən sonra Notarial qaydada təsdiq olunması zəruridir.)

8. İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekt­lərinə aid olması ilə bağlı sənəd.

9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ((əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki).

10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqa­vilələr barədə məlumatlar,eləcə də analoji işlərdə təcrübəsi haqqında məlumat. 

11. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qay­dasında qadağan edilməməsi barədə sənəd.

12. İddiaçının satınalma müqaviləsinin icrasını təmin et­mək üçün qeyd edilən sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elektrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin və idarəetmə səriştəsinin olması vacibdir. Bununla yanaşı “SATICI” son üç ildə 0,4kV-110kV elektrik ötürücü xətlərində elektrik axınının mühafizəsi, ölçülməsi və sabit saxlanılması məqsədilə zəruri ölçü cihazla­rının və avadanlıqların satın alınması üçün hər birinin ümumi məbləği 3 milyon manatdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış olmalı və təsdiqedici sənəd­ləri təqdim etməlidir.

13. Müvafiq lisenziya və icazələr. 

14. Rəsmi distribütor və diler müqaviləsi və ya məktub.

15. Ən azı 2 şirkətdən tövsiyyə məktubu təqdim olunma­lıdır.

16. Satınalınan mal-materialların nümunələri təqdim olun­malı və təqdim olunan mal-materiallara 3-5 il ərzində zəmanət verilməlidir. (Çin Xalq Respublikasının mal-materialları təqdim edilməməlidir)

17. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr)

18. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

19. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təmina­tı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)

20. Təklif olunan mallar əsas şərtlər toplusunda qeyd edilən parametrlərə tam cavab verməlidir.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklif­ləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azər­baycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənəd­ləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 sentyabr 2023-cü il saat 15.30-a , ixtisas uyğunluğu prosedurunu keç­miş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənib imzalanmış ikiqat zərfdə 28 sentyabr 2023-cü il saat 15.30-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 29 sentyabr 2023-cü il saat 15.30-da Bakı, Mirzağa Əliyev küçəsi 130 nömrəli ünvanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“AZƏRİŞIQ” ASC-nin tender komissiyası

Reklam və elan