“Azərişıq” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

TƏKRAR

“Azərişıq” ASC 

“Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən mövcud 110/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasının 110/35/10 kV-luq 2x25 mVA gücündə yenidən qurulması” işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. 

Lot-1. “Azərişıq” ASC “Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən mövcud 110/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasının 110/35/10 kV-luq 2x25 mVA gücündə yenidən qurulması” işlərinin satın alınması.

İştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat- “Azərişıq” ASC

H/h- AZ83AIIB33020029441802068118

VÖEN- 9900069391

Benefisiar Bank- “Kapital Bank” ASC-nin Gənclik fi­lialı

Kod- 200189

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

Əlaqələndirici şəxs- Namik Heybətov.

Əlaqə telefonu (şəhər)- 012 440 39 93 (daxili 92-19) 

Elektron poçt: [email protected]

Ünvan- AZ1009. Bakı şəhəri, M.Əliyev küçəsi 130. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender tək­liflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkan­larına malik olmalıdırlar. 

Tenderdə iştirak etmək istəyənlər lot üçün göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdük­dən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi 130 nöm­rəli ünvanda yerləşən “Azərişıq” ASC-nin inzibati binasın­dan ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə;

(sənədlərin təsdiqi tender elanı dərc edilən tarixdən sonra notarial qaydada təsdiq olunması zəruridir.).

1. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış; (sənədlərin təsdiqi tender elanı dərc edilən tarixdən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öh­dəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; (sənədlərin təsdiqi tender elanı dərc edilən tarix­dən sonra notarial qaydada təsdiq olunması zəruridir.)

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

4. İddiaçının yüklülük haqqında vergi orqanları tərə­findən təsdiq olunmuş arayışı.

5. İddiaçının mikro, kiçik , orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənədi.

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki sənədlər). 

7. İddiaçının son 3(üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat. 

8. İddiaçının satınalma müqaviləsinin icrasını tə­min etmək üçün qeyd olunan sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, elektrik mühəndislərinin əmək müqavilələrinin, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olmağı vacibdir. Bununla yanaşı “PODRATÇI” son üç ildə elektrik stansiyalarının, xüsu­silə 110kV-luq yarımstansiyaların, elektrik verilişi xəttlə­rinin tikintisi və yenidənqurulması üçün hər birinin ümu­mi məbləği 5 milyon manatdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa çatdırmış təsdiqedici sənədləri təqdim etməlidir.

9. Müvafiq lisenziya və icazələr. 

10. Satınalma prosedurlarının başlanmasından əv­vəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edil­məməsi barədə sənəd.

11. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (əmr).

12. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

13. Tender təklifi dəyərinin 1 faizi həcmində bank tə­minatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır)

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklif­ləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun həyata keçi­riləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaq­la) 5 sentyabr 2023-cü il saat 15.00-a, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 sentyabr 2023-cü il saat 15.00-a qədər Bakı şəhəri, Mirzağa Əli­yev küçəsi 130 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılma­dan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 14 sentyabr 2023-cü il saat 15.00-da Bakı, Mirzağa Əliyev küçəsi 130 nömrəli ün­vanda “Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“AZƏRİŞIQ” ASC-nin tender komissiyası

Reklam və elan