“Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2022-ci ilin yekunlarına aid illik hesabatı

post-img

Emitent Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq aşağıdakı­ları bildirir.

1. Emitentin adı- “Ekol Mühəndislik Xid­mətləri” Qapalı Səhmdar Cəmiyyəti. 

2. Təşkilati-hüquqi forması- Qapalı Səhm­dar Cəmiyyəti.

3. VÖEN- 1600506211.

4. Dövlət qeydiyyatı- 17.04.2006-cı il, N 1106-T18-4083.

5. Emitentin hüquqi ünvanı-AZ1030, Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 1.

6. Emitentin faktiki ünvanı- AZ 1025, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək prospekti 10”G”.

7. Emitentin adında və ya təşkilati-hüquqi formasında dəyişiklik və digər hüquqi şəxsin yenidən təşkili yolu ilə yaradılması barədə məlumat – dəyişiklik yoxdur, digər hüquqi şəxsin yenidən təşkili yolu ilə yaradılmayıb.

8. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri haqqında məlumat – filiallar və nümayəndə­liklər yaratmayıb və ləğv etməyib. 

9. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə məlumat – olmayıbdır.

10. Emitentin hesabat ili ərzində yaran­mış və ləğv edilmiş törəmə cəmiyyəti haqqın­da məlumat – törəmə cəmiyyət yaratmayıb və ləğv etməyib. 

11. Emitentin lisenziya və ya icazəyə ma­lik olması barədə məlumat:

11.1 İN/L-1679/2016 N-li 28.07.2016-cı il tarixli, “Toksiki istehsalat tullantılarının utiliza­siyası və zərərsizləşdirilməsi” haqqında müd­dətsiz lisenziyası.

11.2 İN/L-1643/2016 N-li 21.07.2016-cı il tarixli, “Təhlükəli yüklərin nəqliyyat vasitə­si ilə daşınması (3-cü sinif təhlükəli yüklər)” haqqında müddətsiz lisenziyası.

11.3 EL-543/2022 N-li və EL-543/2022/1 N-li 08.08.2022-ci il tarixli “Özəl tibb fəaliyyə­ti” (epidemiologiya, dezinfeksiya, dezinsek­siya və deratizasiya) haqqında müddətsiz lisenziya və lisensiya əlavəsi.

12.Emitentin məşğul olduğu fəaliyyət is­tiqamətləri – xidmətlərin göstərilməsi.

Emitentin təklif etdiyi xidmətlər- neftlə çirklənmiş torpaqların rekultivasiyası, biore­mediasiyası, landşaftın bərpası, yaşıllıqların salınması və s. aqrotexniki xidmətlərin göstə­rilməsi, sənaye axıntı sularının təmizlənməsi, neftşlamın emalı (zərərsizləşdirilməsi), ərsin parafininin sudan və mexaniki qarışıqlardan təmizlənməsi, kompleks ekoloji monitorinqin aparılması və laborator xidmətlərin göstə­rilməsi, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması, təmizlik, dezinfeksiya, deratizasiya və dezinseksiya xidmətlərinin (işlərinin) yerinə yetirilməsi. 

13.Emitentin işçilərinin sayı və onun rüb­lük dinamikası: 

2023-cü il yanvarın 1-nə işçilərin ümumi sayı – 813 nəfər.

13.1. 1-ci rüb ərzində – qəbul olunub – 204 nəfər, işdən azad olunub – 17 nəfər.

13.2. 2-ci rüb ərzində – qəbul olunub – 42 nəfər, işdən azad olunub – 71 nəfər.

13.3. 3-cü rüb ərzində – qəbul olunub – 10 nəfər, işdən azad olunub – 18 nəfər.

13.4. 4-cü rüb ərzində – qəbul olunub – 5 nəfər, işdən azad olunub – 9 nəfər. 

14.Emitentin idarəetmə orqanları haqqın­da məlumat: 

14.1 Ali idarəetmə orqanı səhmdarlarının ümumi yığıncağı;

14.2 Direktorlar şurası: 

• sədr- İsmayılov Mikayıl İsmayıl oğlu

• üzvlər- Həsənov Samir Cabir oğlu 

Gülməmmədov Nicat Bayraməli oğlu

Qurbanlı Mustafa Mübariz oğlu

Ələkbərov Vüqar Yəhya oğlu

14.3. İcra orqanı - Baş direktor Əliyev Ra­mil Cavanşir oğlu.

15.Emitentin səhmdarlarının sayı – 2 səhmdar – hüquqi şəxslər- SOCAR və “Lancer Services S.A” Şirkəti.

16.Emitentin nizamnamə kapitalının 5%-i və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarları: 

16.1.SOCAR – 51,0019%, VÖEN – 9900003871, 2 076 899,37 manat dəyərində, 6923 adi, sənədsiz səhm. Olduğu yer- Azər­baycan Respublikası, Bakı şəhəri, AZ1029, Heydər Əliyev prospekti 121.

16.2. “Lancer Services S.A” Şirkəti – 48,9981%, 1 995 300,63 manat dəyərində 6651 adi, sənədsiz səhm. Olduğu yer- Pana­ma Respublikası.

17.Nizamnamə kapitalında emitentin payı 5%-dən az olmayan hüquqi şəxslər: 

17.1.”Ekol Veyst Management” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki “AAS-E­kol” MMC). Hüquqi ünvanı – AZ 1025, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pospekti 10”G”. Olduğu yer – AZ1154, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi 51A. VÖEN – 1401740701. Nizamnamə kapitalın­da emitent 100%-in, yəni 250 000,00 (iki yüz əlli min) manat payın sahibidir.

17.2.”İnterximservis” Məhdud Məsuliyyətli Cəmiyyəti. Olduğu yer- Bakı şəhəri, AZ1078, H.Zərdabi küçəsi 78v. 

VÖEN-1601812611. Nizamnamə kapi­talında emitent 100%-in, yəni 10,00 manat payın sahibidir.

18.Emitentin səhmdarlarının hesabat ili ərzində keçirilmiş yığıncaqları barədə məlu­mat:

18.1. Yığıncaqların keçirilmə yeri – AZ 1025, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Babək pospekti 10”G”.

18.2.Səhmdarların 2022-ci il sentyabrın 27-də ümumi yığıncaqda qəbul olunmuş qə­rarı: 

“QSC-nin 2021-ci ilin nəticələrinə görə illik maliyyə hesabatları təsdiq edilsin; QSC-nin 1 080 816,58 manat (bir milyon səksən min səkkiz yüz on altı manat, 58 qəpik) məb­ləğində xalis mənfəəti “Ekol Mühəndislik Xid­mətləri” QSC-nin inkişafına yönəldilsin.”

19.Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat:

19.1.investisiya qiymətli kağızın növü və forması- adi, sənədsiz səhm.

19.2.İnvestisiya qiymətli kağızları – 13 574 ədəd, qiymətli kağızın nominal dəyəri 300 manat. 

20.Qiymətli kağızların miqdarı və nominal dəyəri:

20.1. 2020-ci il yanvarın 1-nə ümumi miq­darı 13 574 səhm.

21.Səhmlərin dövlət qeydiyyat nömrəsi və tarixi:

21.1. 24 fevral 2016-cı il, AZ100100881.

22.Səhmlərin məcmu nominal dəyəri – 4 072 200 manat (300 x 13 574= 4 072 200).

23.Yerləşdirilmiş səhmlərin miqdarı- 13 574 ədəd.

24.Yerləşdirilmiş səhmlərin vəziyyəti- başa çatmışdır.

25.Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumat – xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.

26.Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumat – aidiyyəti şəxslərlə əqdlər bağlanmamışdır.

27.Emitentin yığıncağının protokolu- 2023-cü il iyunun 25-də qəbul olunmuş qərar:

“QSC-nin 2022-ci ilin nəticələrinə görə yekun maliyyə hesabatları təsdiq edilsin.”

28. “ Açıqlama mənbəyi – “Xalq qəzeti”.

Əlaqə tel.: (+99450)276 78 40.

 

Reklam və elan