“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ AÇIQ TENDER ELAN EDİR

post-img

TƏKRAR

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ “Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü” işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təklif­lərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azər­baycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Ti­kinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.

Əlaqələndirici şəxs- bərpa və yenidənqurma departa­menti müdirinin müavini İntizam Novruzov – [email protected] və baş məsləhətçi Zabil Vəliyev - [email protected]

Telefon- + 99450 466 12 66. 

İşlərin qısa təsviri:

Bina qalıqlarının sökülməsi və ərazinin dağıntılardan təmizlənməsi.

Ərazinin şaquli planlaşdırılması və yolların profilə uy­ğunlaşdırılması.

Tenderdə iştirak haqqı- 1500,00 (bir min beş yüz manat) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN - 3201635961

Bank - “ABB” nin Mərkəz filialı

Kod - 805722

VÖEN - 9900001881

H/h - AZ95İBAZ38030019443196817204

M/h - AZ03NABZ01350100000000002944

SWIFT İBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təq­dim etməlidirlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

• tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

• tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

• tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

• malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);

• malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

• (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub­likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; 

• (tender elanından sonrakı tarixdə alınmış arayış təqdim edilməlidir);

• iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyə­tinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

• öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə et­mək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; 

• (tender elanından sonrakı tarixdə alınmış arayış təqdim edilməlidir);

• müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulma­ması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qə­rarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;

• (tender elanından sonrakı tarixdə alınmış arayış təqdim edilməlidir);

• satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış; 

• (tender elanından sonrakı tarixdə alınmış arayış təqdim edilməlidir);

• müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçi­rilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsa­sında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

• malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (əsli olmadığı halda notarial qaydada təs­diq edilmiş surəti təqdim edilməlidir);

• mühasibat balansları, mənfəət və zərər haqqında hesa­bat;

• kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki au­dit hesabatları;

• baş podratçı kimi son beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 3 (üç) milyon manatdan az olmayan, müraciət edənin hissəsi isə ən azı 1.5 (bir milyon beş yüz min manat) milyon manat olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanma­lıdır, həmçinin 250 000 kubmetr həcmində qazma, 350 000 ton həcmində daşınma işləri üzrə təcrübəyə malik olmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir;

• Son beş il ( 2017-ci il yanvarın 1-dən 2021-ci il de­kabrın 31-dək) ərzində tikinti- quraşdırma işləri üzrə ən azı 5 (beş) milyon manat dövriyyə tələb olunur, həmçinin TMV-nin 1.6-cı bəndində tələb olunan digər sənədlər. 

Qeyd- tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bənlərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrı­lıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surə­ti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbay­can dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikası Qanununun tələblərinə uyğun keçirilə­cəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 iyun 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 iyuyl 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəet­mə Xidməti”nin inzibati binasında 10 iyul 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflə­rin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan