“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC AÇIQ TENDER ELAN EDİR

post-img

Lot - 1. Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binala­rın əsaslı təmirinin satın alınması. 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini mö­hürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak et­mək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05).

İştirak haqqı 3000 manatdır. 

İştirak haqqı heç bir halda qeri qaytarılmır. 

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: 

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Tə­mir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H\h- AZ22IBAZ38030019446253269215 

VÖEN-1702563281 

Kod- 805625

VÖEN- 9900001881 

M/h- AZ03NABZ01350100000000002944 

SWİFT-IBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim et­məlidirlər: 

- tenderdə iştirak etmək üçün ərizə; 

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 

- tender təklifi tender zərflərinin açıldığı gündən sonra azı 100 bank günü təşkil etməlidir; 

- tender təklifinin 1 faizi həcmində bank təminatı;

- tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifi­nin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır;

- müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilə­nin yerinə yetirilməsi təminatı - 5 faizdir.

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəniş­lərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəy­yən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması barədə sənəd;

- mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq olunmalıdır. Təsdiq məktubu elektron qaydada əldə olunduqda notarial təsdiqli təqdim edilməlidir); 

- maliyyə vəziyyəti haqqında, mənfəət və zərər haqqında he­sabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat. (2022-ci ili əhatə etməli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq olunmalıdır); 

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imka­nı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmla­kı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərə­findən verilmiş arayış; 

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyat­dan keçdiyi ölkə və rekvizitləri; 

- iddiaçı oxşar təyinatlı və analoji işlər sahəsində azı 3 milyon manat həcmində müqavilələr və təhvil-təslim aktları təqdim etmə­lidir. 

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzin­də özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşə­kar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barə­də sənəd;

- iddiaçının texniki imkanları barədə məlumat (qaldırıcı kran 3 ədəd, özüboşaldan mexanizm 3 ədəd); 

- müvafiq kadr imkanları barədə məlumat (azı 1 nəfər mühəndis, 5 il təcrübəsi olan 2 layihə rəhbəri, 2 nəfər SƏTƏM mühəndisi olma­lı, əmək müqaviləsi bildirişləri ilə təqdim olunmalıdır);

- sahibkarlıq subyektinin meyarını müəyyən edən sənəd. 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). 

İddiaçılar tenderlə bağlı sualları tender komissiyasına yazılı şəkildə ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçirilə­cəkdir. 

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənəd­ləri 23 iyun 2023-cü il saat 17.00-a, tender təkliflərini və tender təklif­lərinin təminatlarını isə möhürlənib imzalanmış şəkildə ikiqat zərflər­də yazılı surətdə Bakı, Nəcəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvana 7 iyul 2023-cü il saat 17.00-a qədər təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 10 iyul 2023-cü il saat 10.00-da Bakı, Nə­cəfqulu Rəfiyev küçəsi 17 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışı prosedu­runda iştirak edə bilərlər.

 

Tender komissiyası

Reklam və elan