“Azərsu” Açıq Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Neftçala rayonunun 11 və Salyan rayonunun 6 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması” işlərinin satın alınması üçün  AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalı­dırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iş­tirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbay­can dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhə­ri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” ASC-nin satınalmaların təşkili və müqavilələrin idarə olun­ması şöbəsindən (əlaqələndirici şəxs- Abışev Murad Çingiz oğlundan, telefon-+ 99 412 431 47 67/87 – daxili 1087 E-ma­il: [email protected] və Musayev Məmmədyar Ağa oğlundan , telefon- + 99 412 431 47 67 – daxili 2288, E-mail: [email protected]) ala bilərlər.

İşlərin qısa təsviri - su şəbəkəsinin tikintisi və digər əlaqə­dar işlər.

Tenderdə iştirak haqqı 500,00 (beş yüz) manatdır. 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN - 9900001751

Bank - “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod - 200112

VÖEN - 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 

M/h - AZ37NABZ01350100000000001944

SWIFT AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təq­dim etməlidirlər: 

Tenderdə iştirak etmək üçün ərizə.

İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır). 

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tə­minatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). 

Tender iştirakçılarının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri.

Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19).

Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) ma­liyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respubli­kasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin ye­rinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.

İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyə­tinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir). 

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış.

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulma­ması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qə­rarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (ədliyyə nazirliyindən alınmış müvafiq arayış).

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçu­larının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış. 

Azərbaycan Respublikasının dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-qu­raşdırma işlərinin yerinə yetirilməsi üçün verilmiş xüsusi razı­lıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı.

Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təq­dim edilməlidir). 

Mühasibat balansları, mənfəət və zərər haqqında hesa­bat.

Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa).

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün mü­vafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibar­lılığının olması (son beş il üçün ( 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 10 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürək­kəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podratçı kimi ən azı iki sifarişi qənaət­bəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər, son beş il ( 2018-ci il yanvarın 1-dən 2022-ci il de­kabrın 31-dək) ərzində ən azı 8 milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bən­dində tələb olunan sənədlər ən azı bir müəssisə tərəfindən təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surə­ti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azər­baycan Respublikası qanununun tələblərinə uyğun keçirilə­cəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənəd­ləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 iyun 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 iyun 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim et­məlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhə­ri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 16 iyun 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Tender komissiyası

Reklam və elan