“ASELSAN” Azərbaycana Avtomobil Yollarının Ağıllı Nəqliyyat Həllərini gətirir

post-img

“ASELSAN” Azərbaycan Avtomo­bil Yolları Dövlət Agentliyinin (AAYDA) tələbi ilə magistral yollarda nəqliyyat vasitələrinin ölçü və çəki pozuntularını aşkar etmək üçün yeni layihə hazırlayıb. 2023-cü il mayın 8-də keçirilən açılış mə­rasimində “ASELSAN”ın idarə heyətinin sədri və direktoru professor Dr. Haluk GÖRGÜN, “ASELSAN”ın direktor müavi­ni və UGES-in sektor müdiri, professor Dr. Mehmet ÇELİK, “ASELSAN”–Bakü şirkətinin direktoru Özgür KÜRÜM, elə­cə də Türkiyənin Prezident Aparatının Maliyyə İdarəsinin müdiri, professor Dr. Göksel AŞAN, Şimali Kipr Türk Respub­likasının Bakı nümayəndəsi Səfir Ufuk TURGANER, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşavirliyinin baş mü­şavirləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmiləri və Azərbay­can Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir­liyinin rəsmiləri iştirak ediblər. “ASEL­SAN”ın idarə heyətinin sədri və direktoru cənab professor Dr. Haluk GÖRGÜN:

“Komandalarımızın gərgin və fədakar zəhməti sayəsində biz layihəmizi nəzərdə tutulan vaxtdan daha tez Bakı yaxınlığın­da, Tağıyev qəsəbəsində istifadəyə ver­dik. Azərbaycanda, ümumilikdə, müxtəlif məntəqələrdə həyata keçiriləcək və Bakıda bir mərkəzdən canlı izlənilə və idarə oluna bilən bu texnologiyanı qısa müddət ərzində istifadəyə verdiyimiz üçün çox şadıq.

Bu layihə ilə avtomobil yollarında nəq­liyyat vasitələrinin dayanmasına və ya sürə­tinin azalmasına ehtiyac qalmadan, çəki ölçülərək nəqliyyat sıxlığı azalacaq və daha səmərəli nəqliyyat axını təmin ediləcək” dedi. 

Yüksək dəqiqliklə nəqliyyat vasitələrinin aşkarlanması – təsnifatı və dövlət qeydiyyat nişanının tanınması imkanlarını təmin etmə­yi və müxtəlif məntəqələrdə quraşdırılması­nı hədəfləyən layihə ilə nəqliyyat sıxlığının real vaxt rejimində izlənilə bilinməsi, eyni zamanda nəqliyyatın idarə edilməsinə töhfə verərək yolun texniki qulluq xərclərinin azal­dılması hədəflənir.

Daha az operator və avadanlıq tələb etdiyi üçün sərfəli bir həll olaraq təqdim edilən sistemlə həddindən artıq yüklənmiş avtomobillər də aşkarlanaraq bu nəqliyyat vasitələrinin yollara və ya körpülərə zərər verməsinin qarşısı alınacaqdır. İnsanlara və planetə xidmət edən texnologiyası ilə hər sahədə davamlılıq fəaliyyətlərini sürətlən­dirən “ASELSAN” bu layihə ilə həddindən artıq yüklənmiş avtomobilləri aşkar edərək hava çirklənməsinin və istixana qazı emis­siyalarının da azaldılmasını təmin edir. 

“ASELSAN” haqqında qlobal texnologi­ya lideri kimi, biz ixtisaslı insan resurslarımı­za sərmayə qoyaraq, bütün dünyada istifa­dəçilərimizə yeni təcrübələr təqdim etməklə davamlı və ruhlandırıcı şəkildə böyüməyə davam edirik. Bir radio stansiya ilə başlayan səyahətimiz bu gün müdafiə və təhlükəsizlik sahəsində 500-dən çox müxtəlif məhsul və həllər əldə etdi. Uzunmüddətli inkişaf strate­giyamız bizə perspektivli bazarlarda inves­tisiya imkanlarından istifadə etməyə imkan verdi. Hər yeni günü biz 80-dən çox ölkədə bizi ruhlandıran istifadəçilərimiz tərəfindən dəstəklənən texnologiyanın hüdudlarına meydan oxumağa təşviq edən yeni ideya­lar və xəyallarla başlayırıq. Biz sonsuz mo­tivasiya ilə daha yaxşı bir planet üçün səy göstərməyə davam edəcəyik.



Reklam və elan