“CƏBRAYIL RAYONUNUN HOROVLU KƏND YAŞAYIŞ MƏNTƏQƏSİNİN YENİDƏNQURULMASI LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KƏNDİN ÜMUMİ ŞAQULİ PLANLAŞDIRILMASI ÜÇÜN TORPAQ İŞLƏRİNİN SATIN ALINMASI” məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 8 noyabr prospekti, Ağ şəhər ofis binasının 4-cü mərtəbəsində yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsindən əldə edə bilərlər.
Əlaqələndirici şəxs-satınalma şöbəsinin müdiri-Emil Ağazadə.
E-mail: [email protected]
Tel: +994505060660
İştirak haqqı 1500,00 ( bir min beş yüz manat) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxs
VÖEN- 5200287501
Bank-“KAPİTAL BANK” ASC-nin 28 may filialı
Kod- 200123
VÖEN- 9900003611
M/h-AZ37NABZ01350100000000001944
H/h- AZ31AIIB380300D9447648156112
S.W.İ.F.T. : AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Tenderdə iştirak etmək üçün ərizə.
• İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
1. Tender təklifi 45 bank günü qüvvətə olmalıdır (tender təkliflərinin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır). Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.).
2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (konsorsium müqaviləsinə əsasən tenderdə iştirak edən iddiaçıların hər ikisi tərəfindən təqdim olunmalıdır).
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.
(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir).
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
(asan xidmət tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
(vergi xidməti tərəfindən təqdim edilməli, son rübü əhatə etməli və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması zəruridir.
(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması zəruridir.
(iddiaçı tərəfindən təqdim edilməli).
12.İddiaçının hansı sahibkarlıq subyektinə malik olması barədə sənəd (Dövlət Statistika Komitəsindən alınmalıdır).
13.İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması zəruridir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).
14.Subpodratçılar haqqında məlumat (əgər yerli subpodratçı cəlb edilərsə yuxarıda qeyd olunan sənədlər eyni zamanda həmin təşkilatlar üçün də təqdim edilməlidir.)
15.İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin,etibarlılığının olmasını müəyyən etmək üçün ixtisas göstəricilərinə aid tələblər aşağıdakılardır:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (qoşma 7 əlavə edilməli, oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır);
- iddiaçı analoji satınalma predmeti üzrə ən azı 3 tövsiyə məktubları təqdim etməlidir;
- iddiaçı analoji satınalma predmeti üzrə ən azı 5 il iş təcrübəsinə malik olmalıdır.600 000 kub metr həcmində qazma, 400 000 ton həcmində daşınma işləri üzrə təcrübəyə malik olmalıdır (müvafiq dövlət orqanından torpağın kipləşdirmə aktı təqdim edilməlidir).
16. Maliyyə göstəriciləri barədə məlumat:
-son 3 il ərzində ümumi maliyyə dövriyyəsi- 5 000 000.00 (beş milyon manat) manatdan az olmamalıdır;
- son 1 il ərzində tikinti işləri üzrə maliyyə dövriyyəsi 1 000 000.00 (bir milyon manat) manatdan az olmamalıdır;
- son 1 il üçün təsdiq edilmiş kənar audit rəyi (əgər varsa);
- tikinti işləri üzrə pul vəsaitlərinin hərəkəti tələblərini ödəmək üçün likvid aktivlərə, yüksüz daşınmaz əmlaka və kredit xətlərinə malik olmalıdır;
- maliyyə öhdəlikləri barədə məlumat.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 may 2023-cü il saat 10.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19 may 2023-cü il saat 17.00-a qədər Bakı şəhəri, 8 noyabr prospekti, Ağ şəhər ofis binasının 4-cü mərtəbəsində yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender iştirakçılarının təklifləri Bakı şəhəri, 8 noyabr prospekti, Ağ şəhər ofis binasının 4-cü mərtəbəsində yerləşən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətində 22 may 2023-cü il saat 10.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.