“Kapital Bank” səhmdarlarının nəzərinə!

post-img

17 aprel 2026-cı il saat 11.00-da, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

• “Kapital Bank” ASC-nin 2025-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması; Məruzəçi: Zaur Musayev

• “Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi; Məruzəçi: Zaur Musayev

• “Kapital Bank” ASC-nin nizamnamə kapitalında mühüm iştirak payı ilə bağlı müzakirə; Məruzəçi: Arif Mehdiyev

• Digər məsələlər; Məruzəçi: Yaşar Məmmədov

 

Reklam və elan