2023-cü ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün rusiyalı əsirlərin cəlb edilməsi sxemini gücləndirib. Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, təkcə 2023-cü ilin aprelində 10 minə qədər məhkum Rusiya ordusuna cəlb edilib. 2022-ci ilin yayından etibarən məhbuslar “Vaqner” qrupunun Ukraynadakı irimiqyaslı əməliyyatlarına cəlb olunanların əsas mənbəyi olub.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”