Xizək alpinizmi üzrə Avropa çempionatında ikinci günün qalibləri bəlli olub

post-img

Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti qaliblər bəlli olub.

XQ xəbər verir ki, 2-ci gündə qarışıq estafet yarışı baş tutub. Yeniyetmə oğlan və qızlar arasında 1-ci yerdə Almaniya, 2-ci sırada İspaniya, 3-cü pillədə Rusiya təmsilçiləri qərarlaşıblar. Böyüklərin mübarizəsində isə İsveçrə idmançıları Avropa çempionu olublar. İtaliya 2-ci, Almaniya 3-cü yeri tutub.

Martın 6-da idmançılar fərdi və vertikal növlər üzrə mübarizə aparacaqlar.

İdman