“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “R-15 kanalının yenidən qurulması” üçün (I mərhələ) tikinti işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDIR

Satınalan təşkilatın adı – Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Bir­ləşmiş Müdiriyyəti.

Bank rekvizitləri:

A1. Emitent (ödəyən) bank

Adı – ABB-nin Yasamal filialı

Kod – 805562

VÖEN – 9900001881

M/h- AZ03NABZ01350100000000002944

S.W.I.F.T. IBAZAZ2Х

A2. Ödəyən müştəri 

Adı – TOM və İOBM

H/h – AZ10IBAZ38070019449716100216

VÖEN – 1300300711

Əlaqələndirici şəxs – Qulam Şamil oğlu Aslanov (A.A.S).

Satınalan təşkiların ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a.

Əlaqələndirici şəxsin E-maili: [email protected].

Əlaqə nömrəsi – (012) 431 08 64.

Satınalma predmetinin adı – “R-15 ka­nalının yenidən qurulması” üçün (I mərhələ) tikinti işlərinin görülməsi.

Ünvanı – Ağcabədi rayonu, işlərin qısa təsviri – Ağcabədi rayonunun 3783 ha, o cüm­lədən 1776 ha mövcud torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və 2007 ha yeni torpaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Qarabağ kanalından suyu götür­məklə suburaxma qabiliyyəti 4,5 m3/san olan suqəbuledici qurğunun tikintisi, dibdən eni 1,5 m, tikinti hündürlüyü 1,8÷0,6 m, uzunluğu 7345 pm olan trapes şəkilli “R-15” kanalının monolit beton üzlükdə qurğularla birgə yeni­dən qurulması və həmin kanalın funksiyasının tamamlanmasına xidmət edən uzunluğu 958 pm olan “R- 15a” və uzunluğu 737 pm olan “R-15a-1” monolit beton üzlüklü kanalların qurğularla birgə yenidən qurulması.

İşlərin yerinə yetirilmə müddəti 9 aydır.

Tender təkliflərinin qiymətləndirməsi meyarları və tender təklifinin ödəniş şərti 10 baldır.

İddiaçı bağlanacaq satınalma müqavilə­sinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır.

İddiaçı tender təklifində 30 faizdən artıq avans ödənişi tələb edərsə, həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 30 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq, (30–X)/30x10 X-tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.

Qiymət təklifi 90 baldır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmaqla bərabər son on təqvim ili ərzində analoji işlər (ümumi uzunluğu 10,0 km, sərfi 4,5 m3/san və suvarma sahəsi 4,5 min hektardan) az olmamaq şərtilə ən azı bir beton üzlüklü magistral kanalın qurğularla birgə tikintisini yerinə yetirmiş olmalı və iş­lərin bitirilməsinə dair təsdiqedici sənədləri təqdim edilməlidir.

İştirak haqqı 2000 (iki min) manatdır. 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

1. Tender təklifi azı 45 bank günü qüvvə­də olmalıdır (tender təkliflərinin açıldığı gün­dən ən azı 30 bank günü qüvvədə olmalıdır). Tender təklifi Azərbaycan dilində tərtib olun­malıdır (xarici dildəki tender təklifləri Azər­baycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifi qiymətinin 1 faizi məb­ləğində tender təklifinin təminatı (bank zə­manəti, tender təklifinin qüvvədə olma müd­dətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetiril­məsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azər­baycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetiril­məməsi hallarının mövcud olmaması haqqın­da müvafiq vergi orqanından arayış (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əsli­nin skan edilərək PDF formatında yerləşdiril­məsi zəruridir).

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti( son ma­liyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

5. İddiaçının son bir ildəki maliyyə və­ziyyəti haqqında bank arayışı(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ər­zində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

6. İddiaçının tam adı, hüquqi statusu, ni­zamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (kom­mersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

7. Rekvizitlər (iddiaçının və ya bankın imzası, möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir).

8. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşə­kar fəaliyyətləri, yaxud satınalma müqavilə­sinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məh­kəmə qaydasında qadağan edilməməsi(Asan xidmət tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əsli­nin skan edilərək PDF formatında yerləşdiril­məsi zəruridir).

9. Müflis elan olunmaması, əmlakı üzə­rinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs ol­maması (vergi xidməti tərəfindən təqdim edil­məli, son rübü əhatə etməli və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

10. Öz əmlakından sərbəst və məhdudiy­yətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ər­zində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).

11. Satınalma müqaviləsinin icrasını tə­min etmək üçün müvafiq sahədə peşəkarlığı­nın, təcrübəsinin, texniki və maliyyə imkanla­rının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (iddiaçı tərəfindən təq­dim edilməli).

12. İddiaçının kiçik və orta sahibkarlıq su­byektlərinin meyarlarına uyğun olması (Azər­baycan Respublikasının Dövlət Statistika Ko­mitəsi tərəfindən təqdim edilməli).

13. İddiaçının müvafiq sahibkarlıq fəaliy­yəti növünün həyata keçirilməsi və ya müəy­yən hərəkətlərin yerinə yetirilməsi üçün mü­vafiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməli).

İddiaçılar tenderdə iştirak üçün 3 və 13-cü sıralarda göstərilən sənədləri 28 mart 2023-cü il saat 17.00-a qədər (tender təkliflə­rinin açılışına 7 (yeddi) bank günü qalmış) qa­palı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nöm­rəli ünvana təqdim etməlidirlər. 

İddiaçılar tender təklifi və bank təminatını isə 5 aprel 2023-cü il saat 17.00-a qədər (ten­der təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) ) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva pros­pekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 6 aprel 2023-cü il saat 15.00-da açılacaqdır. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

 

Tender komissiyası

Reklam və elan