Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280; Azərbaycan Respublikasının 29 noyabr tarixli 72-VIIQD, 77-VIIQD nömrəli, 27 dekabr tarixli 111-VIIQD nömrəli və 29 dekabr tarixli 118-VIIQD nömrəli qanunları) 606.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 606.2.1-ci maddəyə “vətəndaşlar” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin;
1.2. 606.2.2-ci maddəyə “hərbi vəzifəlilər” sözlərindən sonra “(müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 683 (Cild I); 2024, № 2, maddə 132, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli və 27 dekabr tarixli 111-VIIQD nömrəli qanunları) 17.4-cü maddəsində “uçotunda” sözü “qeydiyyatında” sözü ilə əvəz edilsin.
Maddə 3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363; Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli, 10 dekabr tarixli 84-VIIQD nömrəli və 27 dekabr tarixli 111-VIIQD nömrəli qanunları) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 8.3-cü maddəyə “barədə” sözündən sonra “onların hərbi qeydiyyatda olduğu” sözləri əlavə edilsin;
3.2. 8.4-cü maddəyə “başlanılmış” sözündən sonra “hərbi vəzifəlilərə və” sözləri, “onların” sözündən sonra “hərbi” sözü əlavə edilsin;
3.3. 8.5-ci maddəyə “barədə” sözündən sonra “onların hərbi qeydiyyatda olduğu” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2025-ci il