Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 26-cı bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23, 24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 132, № 6 (I kitab) maddə 631) aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
“Maddə 29-1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması
29-1.1. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
29-1.2. Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
29-1.3. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2024-cü il