“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə hər iki halda “6 919 860 000,0” rəqəmləri “6 949 860 000,0” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddə üzrə:

2.1. 2.1-ci maddənin birinci abzasında “5 288 135 400,0” rəqəmləri “5 478 135 400,0” rəqəmləri ilə əvəz edilsin;

2.2. 2.1.3-cü maddədə “3 387 100 000,0” rəqəmləri “3 577 100 000,0” rəqəmləri ilə əvəz edilsin;

2.3. 2.3-cü maddədə “1 392 000 000,0” rəqəmləri “1 232 000 000,0” rəqəmləri ilə əvəz edilsin.

3. 3-cü maddə üzrə:

3.1. 3.1-ci maddənin birinci abzasında “6 681 580 000,0” rəqəmləri “6 706 580 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 3.1.1-ci maddədə “6 500 000 000,0” rəqəmləri “6 525 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.3. 3.3-cü maddədə “78 500 000,0” rəqəmləri “78 530 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.4. 3.4-cü maddədə “130 110 000,0” rəqəmləri “135 080 000,0” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2024-cü il

Qanunlar