Azərbaycanın Pakistandakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fotosərgi təşkil edib.
Pakistanın Müasir Dillər Milli Universitetində keçirilən sərgidə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlər və soyqırım qurbanlarının əks olunduğu fotoşəkillər, çap materialları nümayiş etdirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.
Tədbir zamanı iştirakçılara 1992-ci il fevral ayının 26-da Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımın tarixi, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd