Xocalı harayının Nyu–York sorağı

post-img

ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. 

Azərbaycan diasporunun təşkilat­çılığı ilə universitetin fakültə evində “Xocalını xatırlayırıq: Ermənistan və Azərbaycan hərb və sülh yolu ilə” möv­zusunda baş tutan tədbir Xocalı soyqı­rımı haqqında məlumatlılığın artırıl­ması, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların çatdı­rılması, erməni dezinformasiyalarının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunması məqsədilə təşkil edilib. 

İctimaiyyətə açıq şəkildə təşkil edil­miş konfransda Kolumbiya Universite­tinin professor-tələbə heyəti, Nyu-York və digər ştatlarda yaşayan diaspor nümayəndələri və fəalları iştirak edib­lər. Öncə Xocalı soyqırımı və mühari­bə qurbanlarının, eləcə də Turkiyədəki dağıdıcı təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımından bəhs edən videofilm nümayiş olunub. 

Konfransın məruzəçiləri qismində Qrinsborodakı Şimali Karolina Univer­sitetinin Sülh və Münaqişə Araşdırma­ları Departamentinin professoru Əli Əsgərov və Tennesi Texnologiyalar Universitetinin siyasi elmlər üzrə pro­fessoru Mixael Gunter çıxış ediblər. 

Universitetin çoxmilli tərkibli audi­toriyasında maraqlı müzakirə çərçi­vəsində keçən konfransda Xocalıya ədalət, Xocalının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermə­si tələbləri ilə bağlı fikirlər səslənib. Eyni zamanda konfransda Azərbaycan həqiqətləri, indiki Ermənistandan–Qər­bi Azərbaycan torpaqlarından azərbay­canlıların zorakılıqla və vəhşicəsinə deportasiya olunması barədə auditori­yaya geniş məlumat verilib. 

Sualların cavablandırılması ilə ye­kunlaşan tədbirin sonunda iştirakçılara Heydər Əliyev Fondu tərəfindən hazır­lanmış Xocalı soyqırımı haqqında bro­şürlər, döş nişanları və "Sonsuz dəhliz" filminin diskləri paylanılıb.

 

“Xalq qəzeti”

Qan yaddaşı