Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib.
Nazirlikdən XQ-ə verilən məlumata görə, seminarda 2023-2024-cü illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə qoşun xidmətinin vəziyyəti və hərbi intizam təhlil olunub.
Həmçinin müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmr və direktivlərinə əməl olunması və qoşun xidmətinin təşkili üzrə sənədlərin işlənib hazırlanması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də hərbiləşdirilmiş mühafizə işinin təşkili və digər mövzular üzrə məruzələr dinlənilib, tövsiyələr verilib.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi intizamın daha da yüksəldilməsi ilə bağlı tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb.