Orduda maarifləndirmə tədbirləri

post-img

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi üzrə həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, plana uyğun olaraq keçirilən tədbirlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlərlə bağlı məlumatlar şəxsi heyətə çatdırılır, fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Bundan başqa, şəxsi heyətlə hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin düzgün təşkili və digər mövzularda söhbətlər aparılır.

Vətən keşikçiləri məşğələlərə həvəslə yanaşır, öyrədilənləri dərindən mənimsəyir, üzərilərinə düşən vəzifələrin və Ana Vətəninə olan övladlıq borcunun məsuliyyətini dərk edirlər.


XQ

Ordu