Kubalı cazmen Bakıda

post-img

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin konserti olub. Konsertdə caz ritmləri ilə çıxış edən ifaçı dinamik improvizasiyaları və rəqsləri ilə dinləyicilərə təkrarolunmaz anlar yaşadıb.

Qeyd edək ki, tanınmış caz pianoçusu Alfredo Rodriges “Gremmi” mükafatı nominantıdır. Kubalı cazmen ilk dəfə 2006-cı ildə İsveçrədə keçirilən nü­fuzlu Montrö caz festivalında özünə diqqəti cəlb et­məyi bacarıb. 2009-cu ildə Alfredo Rodriges Ame­rika Birləşmiş Ştatlarına köçüb və orada – cazın vətənində musiqinin bu janrının aparıcı ifaçıların­dan birinə çevrilib. Həmin vaxtdan Alfredo Rodriges sərhədsiz potensiala malik pianoçu kimi tanınır.

Xatırladaq ki, A.Rodriges 2023-cü ilin iyul ayın­da V Beynəlxalq Bakı Yay Caz Günlərində dünya turu çərçivəsində triosu ilə birlikdə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Kollek­tivin ifası bir çox maraqlı məqamlar, o cümlədən musiqiçilərin tamaşaçılarla rəqsləri ilə yadda qalıb.

XQ

Son xəbərlər