Azərbaycan ən güclü ordusu olan ölkələr sırasındadır

post-img

“Global Fire Power” 2024-cü il üçün dünyanın ən güclü ordularına malik ölkələrinin siyahısını açıqlayıb. Azərbaycan siyahıda 59-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda birinci yeri ABŞ tutur. İlk onluğa daxil olan digər ölkələr isə Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliyadır. Fransa ordusu 11-ci yerdə qərarlaşıb. 

Ermənistan ordusu 145 ölkə arasında 102-ci yerdədir. Siyahıya əsasən, dünyanın ən zəif ordusuna malik ölkə Butandır.

Rizvan FİKRƏTOĞLU

XQ

Ordu