Ombudsman Aparatı Prezident seçkiləri ilə bağlı monitorinqlərə başlayır

post-img

Ombudman Aparatı növbədənkənar Prezident seçkiləri ilə əlaqədar monitorinqlərə başlayır.

XQ xəbər verir ki, bununla bağlı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, ilkin olaraq seçicilərlə görüşlər üçün ayrılmış açıq və qapalı yerlərdə monitorinqlər aparılacaq:

"Ötən seçkilərin müşahidəsi zamanı seçki hüququnun təmini ilə bağlı Ombudsmana müraciətlər daxil olduqda, bu müraciətlər operativ olaraq Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə araşdırılıb. Bu dəfə də həmin təcrübə davam etdiriləcək".

Anar ƏLİ

XQ

Siyasət