Cənubi Koreya istehsalı olan ilk “K239 Chunmoo” raket sistemləri Polşaya çatdırılıb.

post-img

Cənubi Koreya istehsalı olan ilk “K239 Chunmoo” raket sistemləri Polşaya çatdırılıb.

Bu barədə Polşanın Müdafiə naziri Mariuş Blaşak şəxsi "X" sosial hesabında məlumat verib.

“Koreyanın ilk “K239 Chunmoo” raket qurğuları artıq Polşaya gəlib. O, Polşanın “Jelcz” yük maşınına quraşdırılıb. Bu il yeni raket buraxılışı qurğuları da olacaq”, - nazir yazıb.

Polşa və Cənubi Koreya arasında bağlanmış müqavilə əsasən 288 ədəd “K239 Chunmoo” buraxılış qurğusu tədarük ediləcək.

Qeyd edək ki, Polşa Cənubi Koreyadan 1 000 ədəd “K2” tankı, 672 ədəd “K9A1” özüyeriyən haubitsa və “FA-50” qırıcısından ibarət 3 eskadrilya alınması üzrə müqavilələr imzalayıb.

E.AĞALAR,

"Xalq qəzeti"

Ordu