ABŞ amerikalıları Belarusu dərhal tərk etməyə çağırır

post-img

ABŞ vətəndaşlarını keçid məntəqəsinin bağlanması ilə əlaqədar dərhal Belarusu tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına müraciət edərək Litva tərəfindən sərhəd-keçid məntəqələrinin bağlanması ilə əlaqədar Belarusu dərhal tərk etməyə çağırıb. Bu barədə ABŞ-ın Minskdəki səfirliyinin saytında dərc olunmuş press-relizdə deyilir.

“Belarusda olan ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Litva və Latviya ilə qalan sərhəd-keçid məntəqələri vasitəsilə və ya təyyarə ilə getməyi düşünün”, - diplomatik nümayəndəliyin bəyanatında deyilir.

Səfirlik, həmçinin amerikalıları Rusiya və ya Ukraynaya səfər etməməyə çağırıb.

Avqustun 18-də Litva hakimiyyəti Belarusla sərhəddəki 6 nəzarət-buraxılış məntəqəsindən (keçid məntəqəsindən) ikisini bağlayıb. Şumskas və Tveryaçyusdakı obyektlər tərəfindən iş dayandırılıb.

Baltikyanı respublikanın daxili işlər naziri Aqne Bilotaitenin sözlərinə görə, bu qərar qaçaqmalçılıqla mübarizə çərçivəsində və ölkənin təhlükəsizliyinə mümkün təhdidlər səbəbindən qəbul edilib. Şöbə müdiri izah edib ki, qeyd olunan məntəqələrdə rentgen avadanlığı quraşdırılmayıb və yoxlamanın səmərəliliyi digər məntəqələrlə müqayisədə xeyli aşağıdır.

S.ELAY,

"Xalq qəzeti"

Dünya