Azərbaycan “KAAN” döyüş təyyarəsinin inkişaf proqramında yer alacaq

post-img

Azərbaycan və Türkiyə arasında "KAAN" (TFX-MMU) döyüş təyyarəsinin birgə təkmilləşdirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanacaq.  

Bununla bağlı iyulun 28-də "IDEF'23" sərgisi çərçivəsində "Döyüş Təyyarələrinin İnkişafı üzrə Milli Əməkdaşlıq haqqında Saziş"in imzalanma mərasimi keçiriləcək. 

Sənəd Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Aerokosmik Sənayesi (Türk Havacılık ve Uzay Sanayi A.Ş., "TUSAŞ") arasında imzalanacaq. Layihəyə Ukraynanın da qoşulacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil qırıcısı “Kaan” ilk uçuşunu bu il həyata keçirəcək, onun kütləvi istehsalı isə 2028-ci ildə başlayacaq. Qırıcı taktiki-texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 təyyarələrini üstələyəcək və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində istismarda olan F-16 qırıcılarını əvəz edəcək.

Elşən AĞALAR,

“Xalq qəzeti”

Ordu