Azərbaycana ait Su-25 döyüş təyyarəsinə TUBİTAK-SAGE istehsalı "Qanadlı İdarəetmə Dəsti" (KGK-82) sistemi inteqrasiyası həyata keçirilib.
Türkiyə ilə Azərbaycan arasında hərbi sənyae sahəsində əməkdaşlıq hər keçən gün dərininləşməkdədir.
Yaxın zamanlarda TUBİTAK-SAGE şirkətinin yeni təqdim etdiyi sistemin Azərbaycan HHQ-nin Su-25 təyyarəsində istifadəsi bu dərin əlaqələrin göstəricilərindən sadəcə biridir.
Sistem dəsti 500 funtluq Mk-82 və 1000 funtluq Mk-83 bombalarını havadan quruya ağıllı sursata çevirə bilir. Bu da bombaların hədəfi daha dəqiq vurmasını təmin edir.
Yeni sistem MK-82 və MK-83 bombalarına istənilən hava şəraitində dəqiq zərbə vurma qabiliyyəti qazandırmaqdadır. Bu da təyyarənin təhlükəli ərazilərə yaxınlaşmadan tapşırıqlarını təhlükəsiz şəkildə tamamlaya bilməsini təmin edir.
Qeyd edək ki, mənzili 110 + km (alçaqdan 20 + km) olan sistemin NATO-da əsas ekvivalenti AGM-154 JSOW-dur.
Elşən AĞALAROV
"Xalq qəzeti"