“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Vector Ltd arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 sentyabr tarixli 734 nömrəli Sərəncamına əsasən 2025-ci il 17 dekabr tarixində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Hungarian Oil and Gas Public Limited Company arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və MOL Hungarian Oil and Gas Public Limited Company arasında Azərbaycan Respublikasının Şamaxı, Qobustan, Abşeron, Hacıqabul və Ağsu rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nin 5-ci əlavəsində qeyd olunmuş “Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 15 ” “ aprel ” 2026-cı il
№ 101

