“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 492 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2156 (Cild I); 2024, № 5 (II kitab), maddə 582) ilə təsdiq edilmiş “Miqrasiya orqanları işçilərinin attestasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.15-ci bənd ləğv edilsin;
1.2. aşağıdakı məzmunda 4.9-1-ci bənd əlavə edilsin:
“4.9-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 noyabr tarixli 493 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2157 (Cild I) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası”nın 2.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“2.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş vəzifəli şəxs attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 553 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2501 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın 3.15-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.15. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 iyun tarixli 270 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1369 (Cild I) ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası Qaydası”nın 2.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 dekabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (II kitab), maddə 1234) ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın 2.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 11 ” “ mart ” 2026-cı il
№ 77

