Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 237  Bakı şəhəri, 2 avqust 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nda dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 yanvar tarixli 311 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454 (Cild I); 2024, № 3, maddə 303, № 7, maddə 894, № 9, maddə 1067, № 9, maddə 1083, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənddə ikinci halda, 4.14-cü bəndin doqquzuncu cümləsində, 4.17-ci bəndin birinci cümləsində, 4.18-ci bəndin birinci cümləsində, 4.19-cu bəndin birinci və ikinci cümlələrində, 4.20-ci və 4.21-ci bəndlərdə, 4.34-cü bəndin ikinci cümləsində, 
5.21-ci bəndin birinci və ikinci cümlələrində, 7.9-cu bəndin birinci cümləsində ismin müvafiq hallarında “anbar” sözü ismin müvafiq hallarında “Mərkəzin anbarı” sözləri ilə əvəz edilsin;

1.2. 4-cü hissə üzrə:

1.2.1. 4.3-cü bənd ləğv edilsin;

1.2.2. 4.25-ci bənddə “və ya məhkəmə qaydasında” sözləri “qaydada və (və ya) məhkəməyə” sözləri ilə əvəz edilsin;

1.2.3. 4.26-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.26. Əcnəbilərin Mərkəzdə saxlanılması müddəti onların Mərkəzdə yerləşdirilməsi barədə qərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır. Mərkəzdə saxlanılan əcnəbilər onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər. Bu müddət başa çatanadək həmin əcnəbilərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin Mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmış Xidmətə şifahi və ya yazılı qaydada məlumat verir. Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, Xidmət əcnəbilərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar qəbul edir.”;

1.2.4. 4.27-ci bəndə “əcnəbinin” sözündən sonra “Mərkəzdə yerləşdirilməsi müddətinin uzadılması, yaxud” sözləri əlavə edilsin;

1.2.5. 4.28-ci bənd ləğv edilsin;

1.2.6. 4.29-cu bənddən “və ya qərarın düzgünlüyünə şübhə yarandıqda” sözləri çıxarılsın və həmin bənddə “məruzə edir və qərarın icrasını dayandırır” sözləri “məlumat verir və qərarın icrası bu Qaydaların 4.31-ci bəndinə uyğun olaraq dayandırılır” sözləri ilə əvəz edilsin;

1.2.7. 4.31-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.31. Bu Qaydaların 4.29-cu bəndində nəzərdə tutulan halda Mərkəz növbətçisi qərarın düzgün tərtib edilməsini və şəxsi işin materiallarına uyğunluğunu yoxlayır. Əcnəbinin şəxsiyyəti dəqiqləşdirildikdən dərhal sonra həmin əcnəbi barəsində qəbul edilmiş qərar icra edilir. Əcnəbi həmin qərarla tanış edilir.”;

1.2.8. 4.33.1-ci yarımbənddə “qərarla” sözü “qərarda” sözü ilə əvəz edilsin;

1.3. 5-ci hissə üzrə:

1.3.1. 5.34-cü bəndə “davranışına görə” sözlərindən sonra “Mərkəz rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə” sözləri əlavə edilsin;

1.3.2. 5.35-ci bənd ləğv edilsin;

1.3.3. 5.38-ci bəndin birinci cümləsində “rəhbərliyinə” sözü “rəisinə” sözü ilə, “ərizə ilə” sözləri “yazılı” sözü ilə əvəz edilsin və “şifahi” sözündən sonra “qaydada” sözü əlavə edilsin,  həmin bəndin ikinci cümləsində “rəhbərliyi” sözü “rəisi” sözü ilə əvəz edilsin və “üçün” sözündən sonra “dərhal” sözü əlavə edilsin; 

1.3.4. 5.41-ci bəndə “sağlamlığına” sözündən sonra “, yaxud şəxsiyyətinə” sözləri və “üçün” sözündən sonra “dərhal” sözü əlavə edilsin və “rəhbərliyi” sözü “rəisi” sözü ilə əvəz edilsin;

1.4. 7-ci hissə üzrə:

1.4.1. 7.1-ci bəndə “əcnəbilər” sözündən sonra “say məhdudiyyəti olmadan” sözləri əlavə edilsin və “qəbul etmək, o cümlədən” sözləri “almaq və ya göndərmək, həmçinin” sözləri ilə əvəz edilsin;

1.4.2. 7.15-ci bənddən “yaxın qohumlarına” sözləri çıxarılsın;

1.5. 9-cu hissə üzrə:

1.5.1. adında “öz dövlətinin” sözləri “vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin” sözləri ilə əvəz edilsin;

1.5.2. 9.1-ci bənddə “şəxslər barədə isə harada tutulduğu” sözləri “şəxslərin isə həmçinin tutulduğu yer” sözləri ilə əvəz edilsin və “konsulluğuna, yaxud” sözlərindən sonra “yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata” sözləri əlavə edilsin;

1.5.3. 9.2-ci bənddə “öz dövlətinin” sözləri “vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin” sözləri ilə və “təxirə salınmadan əlaqəyə girmək” sözləri “dərhal əlaqə saxlamaq” sözləri ilə əvəz edilsin;

1.6. 10-cu hissə üzrə:

1.6.1. 10.6-cı bənddə “hallardan başqa” sözləri “hallar istisna olmaqla” sözləri ilə əvəz edilsin;

1.6.2. 10.9-cu bənddə “hissəsinə” sözü “hissəsi ilə müəyyən edilmiş müddətdə və senzura qaydalarına” sözləri ilə əvəz edilsin;

1.6.3. 10.10-cu bəndin birinci cümləsində “rəhbərliyinin” sözü “rəisinin” sözü ilə və ikinci cümləsində “və ya” sözləri “və (və ya)” sözləri ilə əvəz edilsin;

1.6.4. 10.11-ci bənddə “açıla bilər” sözləri “açılır” sözü ilə əvəz edilsin;

1.6.5. 10.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“10.13. Mərkəzdən azad edilmiş (və ya buraxılmış) əcnəbilərin ünvanına daxil olan məktubların Mərkəzin rəisi tərəfindən ən geci 1 (bir) iş günü müddətində həmin əcnəbilərin yaşadığı (olduğu) ünvana göndərilməsi təmin edilir.”;

1.6.6. 10.16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“10.16. Mərkəzə məcburi yerləşdirilən əcnəbi Mərkəzə qəbul edildikdən dərhal sonra Mərkəzdə saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Mərkəzə məcburi yerləşdirilən əcnəbi həftədə dörd dəfə 25 dəqiqəyədək bu Qaydaların 9.2-ci bəndinin tələbləri gözlənilməklə telefonla danışmaq hüququna malikdir. Yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi və təbii fəlakətlə əlaqədar Mərkəzdə məcburi yerləşdirilən əcnəbiyə Mərkəzin rəisi tərəfindən əlavə telefon danışığına icazə verilir.”;

1.6.7. 10.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“10.17. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı Mərkəzdə saxlanılan əcnəbinin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənilir.”;

1.6.8. 10.19-cu bəndin birinci cümləsində “və ya hüquqi yardım göstərən digər şəxslərlə” sözləri “ilə” sözü ilə, “rəhbərliyinin” sözü “rəisinin” sözü ilə əvəz edilsin, “danışıqları” sözündən sonra “və görüşləri” sözləri və “danışıqlarından” sözündən sonra “və görüşlərdən” sözləri əlavə edilsin, həmin bəndin üçüncü cümləsində “məhkəmə qaydasında” sözləri “(və ya) məhkəməyə” sözləri ilə əvəz edilsin;

1.7. 11.6-cı və 17.19-cu bəndlərdə “mövsümə” sözü “iqlimə” sözü ilə əvəz edilsin;

1.8. 14-cü hissə üzrə:

1.8.1. 14.28-ci bəndin ikinci cümləsində “ərizə və şikayətlər” sözləri “müraciətlər” sözü ilə əvəz edilsin;

1.8.2. 14.30-cu bəndin birinci cümləsində “rəhbərliyinin” sözü “rəisinin” sözü ilə və üçüncü cümləsində “məhkəmə qaydasında” sözləri “(və ya) məhkəməyə” sözləri ilə əvəz edilsin;

1.9. 16-cı hissə üzrə:

1.9.1. 16-cı hissənin adına “yetirilməsi” sözündən sonra “, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi” sözləri əlavə edilsin;

1.9.2. 16.3-cü bəndin birinci cümləsində “din” sözü “dini” sözü ilə və üçüncü cümləsində “rəhbərliyi” sözü “rəisi” sözü ilə əvəz edilsin;

1.9.3. 16.4-cü bənddə “qanunvericiliyi” sözü “normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin;

1.10. 17-ci hissə üzrə:

1.10.1. 17.1-ci bənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən” sözləri “bu Qaydalara 37, 38, 39, 40, 41 və 42 nömrəli əlavələrdə” sözləri ilə əvəz edilsin və həmin bənddən “(37, 38, 39, 40, 41 və 42 nömrəli əlavələr)” sözləri çıxarılsın,   həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.”;

1.10.2. 17.2-ci bənd ləğv edilsin;

1.10.3. 17.4-cü bənddə “onun” sözü “bunun” sözü ilə əvəz edilsin və “bu barədə” sözlərindən sonra “dərhal” sözü əlavə edilsin və həmin bənddən “formada” sözü çıxarılsın;

1.10.4. 17.5-ci bəndin birinci cümləsində “təcili” sözü “dərhal” sözü ilə və həmin bəndin ikinci cümləsində “izahat” sözü “izah” sözü ilə əvəz edilsin;

1.10.5. 17.8-ci bəndin birinci cümləsində “qeydiyyat aparılmaqla səhər, günorta və şam yeməyi” sözləri “qeyd aparılmaqla gündə üç dəfə yemək” sözləri ilə əvəz edilsin;

1.10.6. 17.11-ci bəndə “tədbirlər” sözündən sonra “, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qaydada qidalandırılması” sözləri əlavə edilsin;

1.10.7. 17.13-cü bəndin ikinci cümləsində “Onlar” sözü “Onların” sözü ilə və “saxlanıla bilməzlər” sözləri “saxlanılması qadağandır” sözləri ilə əvəz edilsin;

1.10.8. 17.15-ci bəndə “saxlanılır və” sözlərindən sonra “fərdi çarpayı, habelə” sözləri əlavə edilsin;

1.11. 18-ci hissə üzrə:

1.11.1. 18-ci hissənin adında “təkliflərin, şikayətlərin və ərizələrin” sözləri “müraciətlərin” sözü ilə əvəz edilsin; 

1.11.2. 18.1-ci bənddə, 18.2-ci bəndin birinci və ikinci cümlələrində və 18.7-ci bənddə ismin müvafiq hallarında “ərizə, şikayət və təkliflər” sözləri ismin müvafiq hallarında “müraciətlər” sözü ilə əvəz edilsin; 

1.11.3. 18.3-cü bənddə “şikayət, ərizə və təklifləri” sözləri “müraciətləri” sözü ilə əvəz edilsin;

1.11.4. 18.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“18.4. Mərkəzdə saxlanılan əcnəbilərin müraciətləri ilə əlaqədar Mərkəzin ünvanına daxil olan cavab məktublarının surətləri 1 gündən gec olmayaraq, teleqramların surətləri isə dərhal onlara təqdim edilir.”;

1.11.5. 18.5-ci bəndin birinci cümləsində “müstəntiqə” sözü “ibtidai araşdırma orqanına” sözləri ilə, “Mərkəzin fəaliyyətinə nəzarəti həyata keçirən orqana” sözləri  “Xidmətə” sözü ilə, “təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan” sözləri “müraciətlər 1 gündən gec olmayaraq” sözləri ilə əvəz edilsin və həmin cümlədən “24 saat müddətində” sözləri çıxarılsın,  həmin bəndin ikinci cümləsində “təkliflər, ərizələr və şikayətlər” sözləri “müraciətlər” sözü ilə əvəz edilsin; 

1.11.6. aşağıdakı məzmunda 18.5-1-ci bənd əlavə edilsin:

“18.5-1. Bu Qaydaların 18.5-ci bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları) və vəzifəli şəxslər istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbilər tərəfindən digər dövlət orqanlarına (qurumlarına) və vəzifəli şəxslərə ünvanlanan müraciətlər 24 saat müddətində aidiyyəti üzrə göndərilir. Bu müraciətlər, habelə onlara verilən cavablar bu Qaydaların 10.10-cu bəndində nəzərdə tutulan hallarda senzuradan keçirilə bilər.”;

1.11.7. 18.6-cı bənddə “təklif, ərizə və ya şikayət” sözləri “müraciət” sözü ilə əvəz edilsin;

1.11.8. 18.8-ci bənddə “təkliflərin, ərizələrin və şikayətlərin” sözləri “müraciətlərin” sözü ilə əvəz edilsin;

1.12. 19-cu hissə üzrə:

1.12.1. 19.2-ci bəndin birinci cümləsindən “(rentgenoloji, laborator və s.)” sözləri və ikinci cümləsindən “təklikdə” sözü çıxarılsın;

1.12.2. 19.3-cü və 19.10-cu bəndlərdə “qeydiyyat” sözü “qeyd” sözü ilə əvəz edilsin;

1.12.3. 19.3.2-ci və 19.3.3-cü yarımbəndlər ləğv edilsin;

1.12.4. 19.5-ci bənddə “işgəncə” sözü “işgəncəyə” sözü ilə əvəz edilsin;

1.12.5. 19.6-cı bənddə “müəyyən” sözü “aşkar” sözü ilə, “güman” sözü “ehtimal” sözü ilə əvəz edilsin və həmin bənddən birinci halda “müvafiq” sözü çıxarılsın;

1.12.6. 19.8-ci bənddən “Zərurət yarandıqda,” sözləri çıxarılsın və həmin bəndin ikinci cümləsində “mütəxəssislər tərəfindən” sözləri “həkim mütəxəssislər tərəfindən keçirilən” sözləri ilə əvəz edilsin ;

1.12.7. 19.10-cu bəndə “azad edilməzdən” sözlərindən sonra “(və ya buraxılmazdan)” sözləri əlavə edilsin; 

1.12.8. 19.16-cı bənddə “rəhbərliyi” sözü “rəisi” sözü ilə əvəz edilsin;

1.12.9. 19.19-cu bəndin birinci cümləsindən “təcili” sözü çıxarılsın və həmin bəndin ikinci cümləsində “aparılan” sözü “həyata keçirilən” sözləri ilə, “müəssisəyə” sözü “tibb müəssisəsinə” sözləri ilə və “istiqamətində” sözü “üçün” sözü ilə əvəz edilsin;

1.12.10. 19.33-cü bəndin ikinci cümləsində “müdiriyyəti” sözü “rəisi” sözü ilə əvəz edilsin;

1.12.11. 19.36-cı bənd ləğv edilsin;

1.12.12. 19.39-cu bəndin ikinci cümləsində “rəhbərliyinə” sözü “rəisinə” sözü ilə əvəz edilsin;

1.12.13. 19.42-ci bənddə “və ya vəfat etdikdə” sözləri “Mərkəzin rəisi” sözləri ilə və “məlumat verilir” sözləri “(teleqram vasitəsilə) məlumat verilməsini təmin edir” sözləri ilə əvəz edilsin;

1.13. 20-ci hissə üzrə:

1.13.1. adında “, ailə-hüquq münasibətlərində iştirakı və notarius xidmətlərindən istifadə etməsi” sözləri “və ailə münasibətlərində iştirakı” sözləri ilə əvəz edilsin;

1.13.2. 20.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“20.1. Mərkəzdə saxlanılan əcnəbilər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.”;

1.13.3. 20.2-ci bənd ləğv edilsin;

1.13.4. 20.4-cü bəndin birinci cümləsində “ailə-hüquq” sözləri “ailə” sözü ilə və “rəhbərliyinə” sözü “rəisinə” sözü ilə əvəz edilsin; 

1.14. 21-ci hissə üzrə:

1.14.1. 21-ci hissənin adına “meyitinin” sözündən sonra “təhvil” sözü əlavə edilsin;

1.14.2. 21.1-ci bəndə “onların” sözündən əvvəl “həmçinin” sözü, “götürmüş” sözündən sonra “milli, yaxud” sözləri əlavə edilsin və həmin bənddə “orqanlara” sözü “dövlət orqanlarına” sözləri ilə əvəz edilsin;

1.14.3. 21.3-cü bəndin birinci cümləsinə “qohumlarına” sözündən sonra “təhvil” sözü və ikinci cümləsində “meyitin” sözündən sonra “təhvil” sözü əlavə edilsin,  həmin bəndin üçüncü cümləsində “morqunda” sözü “meyitxanasında” sözü ilə əvəz edilsin; 

1.14.4. 21.4-cü bəndin birinci cümləsinə “əsasında” sözündən sonra “təhvil” sözü əlavə edilsin;

1.15. həmin Qaydalara 2 nömrəli əlavənin 12-ci bəndində “ərizə, şikayət və təkliflərin verilməsi” sözləri “müraciətlərin göndərilməsi” sözləri ilə əvəz edilsin;

1.16. həmin Qaydalara 6 nömrəli əlavənin “Qeydlər” hissəsinin 3-cü bəndində “anbarda” sözü “Mərkəzin anbarında” sözləri ilə əvəz edilsin;

1.17. həmin Qaydalara 7 nömrəli əlavə üzrə:

1.17.1. “Qanunsuz miqrantların saxlanılması mərkəzində şəxslərin axtarışı haqqında Protokol”da “şikayəti, təklifi” sözləri “müraciəti” sözü ilə əvəz edilsin;

1.17.2. Axtarış protokoluna 1 nömrəli əlavənin “Qəbz” hissəsində “anbara” sözü “Mərkəzin anbarına” sözləri ilə əvəz edilsin;

1.18. həmin Qaydalara 15 nömrəli əlavənin “Qəbz” hissəsində “Anbarda” və “anbarda” sözləri “Mərkəzin anbarında” sözləri ilə və “şikayət və təkliflər” sözləri “müraciətlər” sözü ilə əvəz edilsin;

1.19. həmin Qaydalara 17 nömrəli əlavənin “Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bir nəfərlik xüsusi otaqlara qəbulu və oradan azad edilməsi Kitabı”nın cədvəl hissəsində “şikayət və təklifləri” sözləri “müraciətləri” sözü ilə əvəz edilsin;

1.20. həmin Qaydalara 44 nömrəli əlavənin “Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ərizə, şikayət və təkliflərinin qeydiyyatı Kitabı”nın adında “ƏRİZƏ, ŞİKAYƏT VƏ TƏKLİFLƏRİNİN” sözləri “MÜRACİƏTLƏRİNİN” sözü ilə əvəz edilsin.

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
 

 

 

Nazirlər kabinetinin qərarları