Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 168 Bakı şəhəri, 26 may 2025-ci il

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan tibbi-bədən tərbiyəsi dispanserlərinin “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Bakı şəhəri Tibb bədən tərbiyəsi dispanseri, Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Şirvan şəhər Tibbi-bədən tərbiyəsi dispanseri və Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1242 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar:” bölməsinin 14–19-cu hissələri ləğv edilsin.

3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etsinlər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları