№ 167 Bakı şəhəri, 26 may 2025-ci il
“Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 fevral tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 389 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 fevral tarixli 64 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 196) 1-ci hissəsinə “5 000 000 (beş milyon)” sözlərindən sonra “, sənaye parklarının rezidentlərinə və qeyri-rezidentlərinə münasibətdə
1 000 000 (bir milyon)” sözləri əlavə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri