№ 148 Bakı şəhəri, 5 may 2025-ci il
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 avqust tarixli 173 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 avqust tarixli 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 975 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissənin ikinci abzasında “komissiyaya” sözü “müvafiq komissiyaya” sözləri ilə əvəz edilsin;
1.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Müsadirə edilmiş külli və xüsusilə külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Azərbaycan Respublikasının məhkəmə, prokurorluq orqanlarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun nümayəndələrindən ibarət tərkibdə yaradılmış külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir.
Naxçıvan Muxtar Respublikasının ərazisində müsadirə edilmiş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi bu Qaydanın 4-cü hissəsinin birinci abzasında göstərilən orqanların (qurumların) fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən müvafiq orqanların (qurumlar) və struktur qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılmış külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Naxçıvan Muxtar Respublikasının Komissiyası tərəfindən həyata keçirilir.
Müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Azərbaycan Respublikasının məhkəmə, prokurorluq orqanlarının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, habelə bu orqanların fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirən orqanların (struktur qurumların) rayonlarda (şəhərlərdə) fəaliyyət göstərən müvafiq struktur bölmələri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyinin) müəyyən etdiyi tabeliyindəki müvafiq tibb müəssisəsinin nümayəndələrindən ibarət tərkibdə yaradılmış rayon (şəhər) komissiyaları tərəfindən aktlaşdırılaraq məhv edilir.”;
1.3. 5-ci hissədə “Komissiya” sözü “komissiya” sözü ilə əvəz edilsin;
1.4. 6-cı hissənin doqquzuncu abzasının birinci cümləsinə “orqanlarında” sözündən sonra “(qurumlarında)” sözü əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 196 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 10-cu hissənin birinci abzasının birinci cümləsində “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına” sözləri “müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaya” sözləri ilə əvəz edilsin;
2.2. həmin Qaydaya 4 nömrəli əlavə - “Kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunan narkotik vasitələrin Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına təhvil verilməsi barədə AKT” üzrə:
2.2.1. adında “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına” sözləri “müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaya” sözləri ilə əvəz edilsin;
2.2.2. mətndə “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına” sözləri “müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə _________________________________”
(komissiyanın adı)
sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri