№ 115 Bakı şəhəri, 18 aprel 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 47-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 207) ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 7.11-ci bənddə “məhdud olanlar və zəif görənlər” sözləri “və qismən məhdud olanlar” sözləri ilə əvəz edilsin.
2. 7.15.5-ci yarımbəndin birinci cümləsində “məhdud olanların və zəif görənlərin” sözləri “və qismən məhdud olanların” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri