№ 18 Bakı şəhəri, 31 yanvar 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 520 nömrəli, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 41 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2100 (Cild I); 2024, № 4, maddə 471, № 9, maddə 1090) ləğv edilsin.
2. “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 191 (Cild I) ləğv edilsin.
3. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 192 (Cild I); 2024, № 9, maddə 1090) ləğv edilsin.
4. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri