Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 15  Bakı şəhəri,  23 yanvar  2025-ci il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1511 (Cild I); 2024, № 2, maddə 229, № 9, maddə 1066) ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”yə əlavə – “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı”na aşağıdakı məzmunda 16-cı hissə əlavə edilsin:

16.    Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
 

Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri

 

Nazirlər kabinetinin qərarları