Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 437 Bakı şəhəri, 21 sentyabr 2024-cü il

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 361 (Cild I) ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nın I bölməsinin 2-ci hissəsində “İcra baş idarəsi” sözləri “İcra xidməti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 may tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 457 (Cild I) ilə təsdiq edilmiş “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın 2-ci hissəsində “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti” sözləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 2.1.7-ci yarımbəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin Aparatı” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 aprel tarixli 49 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 364 (Cild I) ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları”nın 2.6-cı, 2.7-ci və 3.9-cu bəndlərində “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti” sözləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 71 (Cild I) ilə təsdiq edilmiş “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın 2.2-ci bəndində “Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə” sözləri “Ədliyyə Nazirliyinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I); 2024, № 1, maddə 110; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 370 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın 2.3.2-ci yarımbəndində “Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə” sözləri “Ədliyyə Nazirliyinə” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 216 (Cild I) ilə təsdiq edilmiş “_______ rayonu (şəhəri) ________ bələdiyyəsinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncaqlarının protokolu”nun “QƏRARA ALIR:” bölməsinin 2-ci hissəsində “Bələdiyyələrlə İş Mərkəzinə” sözləri “Bələdiyyələrlə iş baş idarəsinə” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları