№ 441 Bakı şəhəri, 25 sentyabr 2024-cü il
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 251 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 984 (Cild I) ilə təsdiq edilmiş “Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın 1.4-cü bəndində “əməkhaqqı” sözü “əməkhaqqının 50 faizi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1150 (Cild I) ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın 2.5-ci bəndində “əməkhaqqı” sözü “əməkhaqqının 50 faizi” sözləri ilə əvəz edilsin.
3. “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 97 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 358 (Cild I); 2024, № 3, maddə 314) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adından və 1-ci hissədən “və kvotadan əlavə iş yerlərinin” sözləri çıxarılsın;
3.2. həmin Qərarla təsdiq edilmiş “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları” üzrə:
3.2.1. adından, 1.1-ci bənddən (hər iki halda), 2-ci hissənin adından və 2.1-ci bənddən “və kvotadan əlavə iş yerlərinin” sözləri çıxarılsın;
3.2.2. 4-cü hissə ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri