Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 440 Bakı şəhəri, 25 sentyabr 2024-cü il

Azərbaycan Respublikasının ərazi­sində xüsusi karantin rejiminin müddə­tinin uzadılması haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qa­nununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi ya­randıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qayda­ları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksi­yasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alın­ması məqsədilə Azərbaycan Respublika­sının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2020, № 9, maddə 1209 (Cild I); 2024, № 3, maddə 308, № 6 (II ki­tab), maddə 732) 1.1-ci bəndində “2024-cü il 1 oktyabr” sözləri “2025-ci il 1 yanvar” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları