Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 412 Bakı şəhəri, 7 sentyabr 2024-cü il

Bakı Slavyan Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanı­nın 2.12.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır: 

1. Bakı Slavyan Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ta­beliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Slavyan Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin. 

2. “Bakı Slavyan Universitetinin Nizam­naməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Bakı Slavyan Universitetinin “Hüquqi şəxslərin dövlət qey­diyyatı və dövlət reyestri haqqında” Azərbay­can Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri təd­birlərin görülməsini təmin etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları