Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 411 Bakı şəhəri, 7 sentyabr 2024-cü il

Azərbaycan Memarlıq və İnşaat Univer­sitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respub­likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanı­nın 2.12.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır: 

1. Azərbaycan Memarlıq və İnşaat Uni­versiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Me­marlıq və İnşaat Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilsin. 

2. “Azərbaycan Memarlıq və İnşaat Uni­versitetinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyest­ri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları